March 3rd, 2013

Heydər Əliyev: "... mən fəxr edirəm ki, erməni südü əmmişəm".

İki ayrı-ayrı mənbədən mənə məlumat çatdı ki, 1976-cı ildə Yerevan və Xankəndində Stepan Şaumyanın anadan olmasının 100 illiyi ilə keçirilən təntənəli yığıncaqlarda Heydər Əliyev öz çıxışında böyük fəcrlə deyib ki, Stepan Şaumyanın əmdiyi ananın südündən mən də əmmişəm. Bunu dəqiqləşdirmək üçün həmin dövrün qəzetlərini nəzərdən keçirdim. Qəzetlərdə azərbaycan və rus dillərində dərc olunmuş “Azərtacın materialında qeyd olunmuşdur ki, Heydər Əliyevin çıxışı ixtisarla çap olunur. Orada Heydər Əliyevin belə söz deməsinə rast gəlmədim. Lakin professor D. Cəfərov yuxarıda göstərilən “Müxalifət” qəzetinə verdiyi müsahibəsində bu məsələyə aydınlıq gətirib demişdir: “Stepan Şaumyanın 100 illiyində Heydər Əliyev özü dedi, mən fəxr edirəm ki, erməni südü əmməmişəm.

(c) Nadir Ağayevin "Fəlakətlərimizin baiskarı" kitabından